Dünya Bankı orta müddətdə Azərbaycanda ÜDM-in orta illik artım tempini 3,5% proqnozlaşdırır

Dünya Bankı orta müddətdə Azərbaycanda ÜDM-in orta illik artım tempini 3,5% proqnozlaşdırır Təbii qaz ixracının artımı sayəsində Azərbaycanda orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək.
Maliyyə
5 Aprel , 2019 13:47
Dünya Bankı orta müddətdə Azərbaycanda ÜDM-in orta illik artım tempini 3,5% proqnozlaşdırır

Təbii qaz ixracının artımı sayəsində Azərbaycanda orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək.

“Report” bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə hesabatına əsasən xəbər verir.

Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 3,3% olacağını proqnozlaşdırır. Proqnoza görə, 2020-ci ildə ölkədə ÜDM 3,3%, 2021-ci ildə isə 3,7% artacaq. “Təbii qaz ixracının artımı sayəsində ölkədə orta müddətdə orta illik iqtisadi artım 3,5% təşkil edəcək. Daxili tələbatın dəstəyi, real əmək haqqı və iqtisadiyyata kredit qoyuluşlarının artımın davam etməsi hesabına qeyri-neft sektorunun istehsalı orta hesabla 3% artacaq. 2019-cu ildə minimum əmək haqqı və pensiyaların artması şəxsi istehlaka təkan verəcək. Davamlı iqtisadi artım, əlavə sosial ödənişlər və aşağı işsizlik səviyyəsi yoxsulluq səviyyəsinin azalmasına səbəb olacaq”,- hesabatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi