Dünya Bankı: Kommunikasiya bağlantıları Avropa və Mərkəzi Asiyanın iqtisadi artımı üçün vacibdir

Dünya Bankı: Kommunikasiya bağlantıları Avropa və Mərkəzi Asiyanın iqtisadi artımı üçün vacibdir Bakı. 5 sentyabr. REPORT.AZ/ Ticarət, investisiyalar, miqrasiya, kommunikasiya və nəqliyyat vasitəsilə beynəlxalq bağlantılar Avropa və Mərkəzi Asiyada iqtisadi inkişaf üçün vacibdir. Bu bağlantılar bilik və texnologiyaların transferi ilə şirkətlərə daha səmərəli olmaqda yardım etmək məqsədilə birgə rol oynayır.
Maliyyə
5 Sentyabr , 2018 17:22
Dünya Bankı: Kommunikasiya bağlantıları Avropa və Mərkəzi Asiyanın iqtisadi artımı üçün vacibdir

Bakı. 5 sentyabr. REPORT.AZ/ "Ticarət, investisiyalar, miqrasiya, kommunikasiya və nəqliyyat vasitəsilə beynəlxalq bağlantılar Avropa və Mərkəzi Asiyada iqtisadi inkişaf üçün vacibdir. Bu bağlantılar bilik və texnologiyaların transferi ilə şirkətlərə daha səmərəli olmaqda yardım etmək məqsədilə birgə rol oynayır". 

"Report" xəbər verir ki, bu barədə Dünya Bankının "Mühüm Bağlantılar: Avropa və Mərkəzi Asiyada İqtisadi Artım və Dayanıqlığın Dəstəklənməsi" adlı hesabatında bildirilir. 

Sənəddə Avropa və Mərkəzi Asiyada müxtəlif növ bağlantıların iqtisadi faydalarının maksimuma çatdırılması siyasətini formalaşdıranlara yardım etmək məqsədilə bu bağlantıların iqtisadi artıma təsirləri təhlil olunur.

“Bu hesabatda qeyd olunur ki, daha geniş iqtisadi bağlantılar cəmiyyətlər üçün biliklərin yayılması və gəlirlərin daha çox artmasına gətirib çıxarır, lakin cəmiyyətin ən aşağı gəlirli 40%-nə bu daha çox fayda gətirir”, - deyə Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə Baş İqtisadçısı Hans Timmer qeyd edib.

Dünya Bankının yeni hesabatında beynəlxalq bağlantıların müxtəlif kanallarını, o cümlədən ticarət, BXİ, miqrasiya, informasiya və kommunikasiya texnologiyaları (İKT) və nəqliyyat əlaqələrini ehtiva edən yeni indikatorun – Çoxşaxəli Bağlantı (MDC) indeksinin yaradılması ilə kommunikasiya əlaqələri qiymətləndirilir. Hesabata görə Avropa və Mərkəzi Asiyanın ən yaxşı bağlantılı sub-regionları Qərbi Avropa, daha sonra Şimali, Mərkəzi və Cənubi Avropadır. Qərbi Balkanlar, Mərkəzi Asiya və Cənubi Qafqazda ümumi bağlantı səviyyəsi ən aşağıdır.

Hesabatda həmçinin regional təklif zəncirlərində örtülü olan biliklərin transferi və kitablar və ya proqramlarla heç də asan ötürülməyən praktiki “edərək öyrənmə” vasitəsilə əldə olunan yekun biliklərlə ölkələrə təklif olunan faydalar vurğulanmaqla nümayiş olunur ki, bu bağlantıların faydaları əslində bir-birinin üzərində qurulur. 

Son xəbərlər

Orphus sistemi