Dünya Bankı: Himayəçilik dünyada iqtisadi artımı ləngidəcək

Dünya Bankı: Himayəçilik dünyada iqtisadi artımı ləngidəcək Bakı. 5 noyabr. REPORT.AZ/ Bəzi ölkələr tərəfindən tətbiq edilən himayəçilik tədbirləri zəncirvari nəticələr doğurar ki, bu da dünya iqtisadiyyatının artımınında ləngimələrə gətirib çıxara bilər.
Maliyyə
5 Noyabr , 2018 13:16
Dünya Bankı: Himayəçilik dünyada iqtisadi artımı ləngidəcək
0 : 00
0 : 00

Bakı. 5 noyabr. REPORT.AZ/ "Bəzi ölkələr tərəfindən tətbiq edilən himayəçilik tədbirləri zəncirvari nəticələr doğurar ki, bu da dünya iqtisadiyyatının artımınında ləngimələrə gətirib çıxara bilər".

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Şanxayda I Çin Beynəlxalq İdxalat Sərgisinin (I China İnternational İnport Expo) açılışında Dünya Bankının prezidenti Cim Yonq Kim deyib.

O, son illər qloballaşmanın sürətinin azaldığını da söyləyib: “Biz himayəçiliyə meyllərin sürətləndiyini gördük. Yeni rüsumların artması bütün dünyada iqtisadi artımın sürətinə dair proqnozlara təsir edəcək, həmçinin yoxsulluğun azalmasını ləngidəcək. Halbuki, buna məhz indi yol verə bilmərik”.

Onun sözlərinə görə, sərbəst ticarətdən imtrina olunması həm inkişafda olan, həm də inkişaf etmiş ölkələrdə bir çox kasıb təsərrüfatlara zərər vurar.

“Dünya iqtisadiyyatının dirçəlişi investisiyalar hesabına təmin olunur. Dünya Bankının proqnozuna görə, investorların arxayın olmadığı, sərmayənin azaldığı təqdirdə bütün ölkələr bunun fəsadlarını görəcək”, – Cim Yonq Kim bildirib.

Son xəbərlər

Orphus sistemi