Dünya Bankı Gürcüstana yardım ayıracaq

Dünya Bankı Gürcüstana yardım ayıracaq Bankın İcra Şurası 85 milyon avro yardım ayrılması barədə qərarı təsdiqləyib
Maliyyə
12 May , 2021 10:19
Dünya Bankı Gürcüstana yardım ayıracaq

Dünya Bankının İcra Şurası Gürcüstana 85 milyon avro yardım ayrılması barədə qərarı təsdiqləyib.

“Report”un yerli bürosu xəbər verir ki, həmin vəsait COVID-19 pandemiyasının mənfi təsir etdiyi mikro, kiçik və orta müəssisələr üçün nəzərdə tutulub.

Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Sebastian Molineus deyib ki, yardım paketi Gürcüstanda yeni iş yerlərinin yaradılması və ölkə iqtsadiyyatının əsasını təşkil edən, dayanıqlı bərpasının əsas elementi olan müəssisələrin inkişafına kömək edəcək.

Son xəbərlər

Orphus sistemi