Dünya Bankı Cənubi Qafqaz ölkələri üzrə gözləntiləri yeniləyib

Dünya Bankı Cənubi Qafqaz ölkələri üzrə gözləntiləri yeniləyib Dünya Bankı 2020-ci il üçün Azərbaycan da daxil olmaqla 3 Cənubi Qafqaz ölkəsində 3%-lik kiçilmə (tənəzzül) gözləyir.
Maliyyə
9 Aprel , 2020 10:58
Dünya Bankı Cənubi Qafqaz ölkələri üzrə gözləntiləri yeniləyib
getty

Dünya Bankı 2020-ci il üçün Azərbaycan da daxil olmaqla 3 Cənubi Qafqaz ölkəsində 3%-lik kiçilmə (tənəzzül) gözləyir. 

“Report” xəbər veirir ki, bu barədə Bankın yaydığı “European and Central Asia Economic Update” hesabatının yaz buraxılışında deyilir.

Hesabata görə, bu rəqəm 2021-ci ildə 0,3%-lik böyümə ilə əvəz olunacaq. Bankın yanvarda açıqlanmış hesabatında isə region ölkələrində 2020-ci il üçün 0,1%-lik, 2021-ci il üçün isə 3,4%-lik inkişaf gözlənildiyi qeyd edilirdi.

Bankın açıqladığı mənfi artım ssenarisinə görə isə Cənubi Qafqaz ölkələrini 2020-ci ildə 4%-lik, 2021-ci ildə isə 0,9%-lik kiçilmə gözləyir. Amma bu ilin yanvarında açıqlanan eyni adlı ssenaridə bu il üçün 0,9%-lik geriləmə və 2021-ci il üçün isə 2,2%-lik böyümə gözlənilirdi.

Son xəbərlər

Orphus sistemi