Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını yaxşılaşdırıb

Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını yaxşılaşdırıb Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,6% kiçiləcəyini, gələn il isə 2,2% artacağını proqnozlaşdırır.
Maliyyə
301
9 İyun , 2020 10:34
Dünya Bankı Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozlarını yaxşılaşdırıb

Dünya Bankı bu il Azərbaycan iqtisadiyyatının 2,6% kiçiləcəyini, gələn il isə 2,2% artacağını proqnozlaşdırır. 

“Report” xəbər verir ki, bu barədə qurumun hazırladığı "Global Economic Prospects: Europe and Central Asia" hesabatının iyun buraxılışında bildirilir. 

Xatırladaq ki, hesabatın yanvar buraxılışında bu il Azərbaycanda ümumi daxili məhsulun 4,9% azalacağı, gələn il isə 0,1% artacağı proqnozlaşdırılırdı.

Dünya Bankı bəyan edib ki, Azərbaycan və digər ölkələrdəki iqtisadi geriləmələrə koronavirus (COVID-19) pandemiyası və bunun nəticəsində əmtəə qiymətlərindəki azalmalar səbəb olub. 

Qurum Azərbaycanı inkişaf etməkdə olan ölkələr arasında sosial təminata ən çox diqqət ayıran ölkə kimi göstərib. 

Son xəbərlər

Orphus sistemi