Dünya Bankı 2021-ci ildə Azərbaycanda iqtisadi inkişaf gözləyir

Dünya Bankı 2021-ci ildə Azərbaycanda iqtisadi inkişaf gözləyir Gələn il üçün ən aşağı inkişaf ssenarisi ÜDM-in 1,1% artımıdır.
Maliyyə
7 Oktyabr , 2020 11:38
Dünya Bankı 2021-ci ildə Azərbaycanda iqtisadi inkişaf gözləyir

Bu il Azərbaycan iqtisadiyyatı 4,2% geriləyəcək.

“Report” xəbər verir ki, bu barədə Dünya Bankının bu gün dərc olunmuş Avropa və Mərkəzi Asiya regionunda iqtisadi vəziyyət üzrə hesabatında qeyd edilib.

Hesabata görə, 2021-ci il üçün Dünya Bankı Azərbaycanda 1,9%-lik iqtisadi artım gözləyir. Bankın iyunda açıqladığı göstəricilərə nisbətən oktyabrda 2020-ci ilin proqnozu 1,6%, 2021-ci ilin proqnozu isə 0,3% pisləşib. Gələn il üçün ən aşağı inkişaf ssenarisi ÜDM-in 1,1% artımıdır.

Bank Azərbaycanın xarici borcunun ÜDM-ə nisbətini də açıqlayıb. Belə ki, bu il üçün bu rəqəm 19,6%-ə, 2021-ci il üçün isə 20%-ə bərabər olacaq.

Son xəbərlər

Orphus sistemi