DSMF auditor seçib

DSMF auditor seçib Fond 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub
Maliyyə
153
17 May , 2021 09:30
 DSMF auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) özünün və struktur bölmələrinin 2020-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "HLB Azərbaycan" MMC-dir.

Qalib şirkətə 160 min manat ödəniləcək.

Son xəbərlər

Orphus sistemi