Draginin açıqlaması avronun ucuzlaşmasına səbəb olub

Draginin açıqlaması avronun ucuzlaşmasına səbəb olub Əsas valyuta cütlüyünün məzənnəsi 1,0640 USD/EUR-a düşüb
Maliyyə
6 Aprel , 2017 12:39
Draginin açıqlaması avronun ucuzlaşmasına səbəb olub

Bakı. 6 aprel. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) hazırkı mərhələdə monetar siyasətini dəyişməsinə ehtiyacı yoxdur. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu açıqlama ilə bu gün ECB rəhbəri Mario Dragi çıxış edib. 

M.Dragi bildirib ki, mənfi faiz dərəcəsinin Bank tərəfindən tətbiq edilməsi maliyyələşmə şərtlərinin yumşaldılmasına güclü maliyyə aləti kimi kömək edib: "Hazırda bu siyasətdən vaz keçməyə əsas yoxdur".

"Hələ ki, baza inflyasiyanın artmasına təzyiqlərin olması müşahidə edilmədiyindən, monetar siyasətin uğurundan danışmaq tezdir", - deyə ECB sədri qeyd edib. Lakin iqtisadiyyatın güclənməsi siqnalları tədricən gəlməyə başlayır.

Bu açıqlamalardan sonra avronun əsas valyutalara qarşı məzənnəsi düşməyə başlayıb. Belə ki, investorlar bu açıqlamaları ECB-nin faizləri artırmayacağı kimi qəbul ediblər. Nəticədə, əsas məzənnə 1,0670 USD/EUR səviyyəsindən 1,0640 USD/EUR-a düşüb, GBP/EUR cütlüyü isə 0,8550-dən 0,8520-ə kimi geriləyib.

Son xəbərlər

Orphus sistemi