Dövlət Vergi Xidməti ötənilki gəlirlərini və xərclərini açıqlayıb

Dövlət Vergi Xidməti ötənilki gəlirlərini və xərclərini açıqlayıb 2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 100,1 milyon manat gəlir əldə edib.
Maliyyə
17 May , 2022 11:28
Dövlət Vergi Xidməti ötənilki gəlirlərini və xərclərini açıqlayıb

2021-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 100,1 milyon manat gəlir əldə edib.

“Report” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci illə müqayisədə 47,5 % azdır.

Dövlət Vergi Xidmətinin ötənilki gəlirlərinin 99,923 milyon manatını qeyri-birja gəlirləri (əvvəlki ilə nisbətən 47,6 % az), 177 min manatını isə sair əməliyyat gəlirləri (3,8 dəfə çox) təşkil edib.

Hesabat dövründə qurumun xərcləri isə 37,9% artaraq 60,906 milyon manat, o cümlədən əmək haqqı xərcləri və dövlət sosial sığorta ayırmaları 24,6 % artaraq 31,444 milyon manat, sərf etdiyi materialların dəyəri 17% azalaraq 828 min manat, amortizasiya xərcləri 58,9 % artaraq 2,548 milyon manat, sair əməliyyat xərcləri 59,9 % artaraq 26,085 milyon manat olub.

Son xəbərlər

Orphus sistemi