İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tikinti işlərinin yerinə yetirilməsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi “Tekfen İnşaat ve Tesisat Anonim Şirketi” dir.
Qalib şirkətə 6 316,1 min manat ödəniləcək.