Dövlət Statistika Komitəsində beynəlxalq ekspertlərlə müzakirələr aparılır

Dövlət Statistika Komitəsində beynəlxalq ekspertlərlə müzakirələr aparılır Ekspertlər dekabrın 4-dən ölkədə səfərdədirlər
Maliyyə
21 Dekabr , 2015 18:02
Dövlət Statistika Komitəsində beynəlxalq ekspertlərlə müzakirələr aparılır

Bakı. 21 dekabr. REPORT.AZ/ Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq çərcivəsində Azərbaycanda statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Komitə nümayəndələri ilə beynəlxalq ekspertlər müzakirələr aparırlar.

“Report” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, müzakirələri Dünya Bankının layihələr üzrə idarəetmə direktoru, aparıcı məsləhətçi Sanjay Suda və Varşava Lazarski Universitetinin professoru Jozef Olenski statistika sahəsində keyfiyyətin idarə edilməsi, metaməlumatlar sistemlərinin təkmilləşdirilməsi, statistik məlumatların yeni alət və üsullarla işlənməsi, təhlili, statistika sahəsində həyata keçirilən islahatlar çərçivəsində statistika sisteminin təşkilati strukturuna yenidən baxılması istiqamətində aparılıb.

Qeyd edək ki, beynəlxalq ekspertlər dekabrın 4-dən ölkədə səfərdədirlər.

Son xəbərlər

Orphus sistemi