Azərbaycanda "Dövlət satınalmaları haqqında” qanun dəyişib

Azərbaycanda "Dövlət satınalmaları haqqında” qanun dəyişib Bakı. 28 dekabr. REPORT.AZ/ Tenderlə bağlı müddətlərin azaldıla, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı tənzimlənə bilər.
Maliyyə
28 Dekabr , 2018 12:51
Azərbaycanda Dövlət satınalmaları haqqında” qanun dəyişib
0 : 00
0 : 00

Bakı. 28 dekabr. REPORT.AZ/ Tenderlə bağlı müddətlərin azaldıla, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakı tənzimlənə bilər.

"Report"un verdiyi xəbərə görə, parlamentin bu gün keçirilən plenar iclasında "Dövlət satınalmaları haqqında” qanuna dəyişiklik edilməsi barədə layihə qəbul edilib.

Bu sənəd tenderlə bağlı müddətlərin azaldılmasını, tender dövlət satınalmalarının vahid internet portalı vasitəsilə həyata keçirildikdə, satınalmaların nəticələrinin avtomatik rejimdə müəyyən olunması və qərarın 1 bank günü ərzində qəbulunu, kiçik və orta sahibkarlıq subyektlərinin dövlət satınalmalarında iştirakının tənzimlənməsini nəzərdə tutur. Belə ki, satınalma predmetinin ehtimal olunan qiyməti 3 mln. ABŞ dollarının manat ekvivalentində və ya ondan aşağı olan malların satın alınması yalnız kiçik və orta sahibkarlıq subyektlərinin iştirakı ilə açıq tender üsulunu tətbiq etməklə elektron satınalma vasitəsilə keçiriləcək.

Qanun layihəsi satınalmalar sahəsində şəffaflığın təmin edilməsi, müasir informasiya texnologiyalarından istifadə edilməsi məqsədilə hazırlanıb. Layihə bir sıra anlayışların - “satınalma”, satılan təşkilat”, “tender” anlayışlarının təkmilləşdirilməsi və yeni anlayışların qanuna daxil edilməsini nəzərdə tutur. Buraya “Dövlət satınalmalarının vahid internet portalı”, elektron satınalma”, “satınalma planı” və “təkliflərin cəlb edilməsi” anlayışları daxildir. Satınalmaların vahid elektron portalının yaradılması və satınalmaların elektron həyata keçirilməsi subyektiv amillərin aradan qaldırılmasına, insanların sərbəst və vaxt itkisinə məruz qalmadan tenderdə iştirakına şərait yaradacaq.

Bundan başqa, satınalmanı həyata keçirən orqanın üzərinə yeni vəzifələr qoyulur (dövlət satınalmalarını aşkarlıq, şəffaflıq, bərabərlik və rəqabərlilik prinsipləri əsasında təşkil edir, satınalan təşkilatların , malgöndərənlərin vahid internet portalında istifadə etmələri üçün onlara metodiki köməklik göstərir, məsləhətlər verir, dövlət satınalmalarının vahid internet portalında mövcud olan informasiya resurslarının təhlükəsizliyinin qorunması üçün zəruri tədbirlər görür).

Layihə dövlət satınalmalarının planlaşdırılmasını nəzərdə tutur. Satılan təşkilat cari ilin oktyabr ayının 15-dən gec olmayaraq növbəti il üçün ilkin satınalma planını hazırlayaraq təsdiq edir və dövlət satınalmalarının vahid internet portalında yerləşdirir. Satınalma planının təsdiqi mal, xidmət, iş təqdim edənlərin öz fəaliyyətini həmin təkliflərə uyğun qurmasına, məhsulun dövlət satınalmaları sifarişinə uyğun istehsalına şərait yaradacaq.

Qanun layihəsi maraqların toqquşmasının, sui-istifadə hallarının aradan qaldırılması üçün dövlət satınalmalarına cəlb olunan dövlət qulluqçularının və digər vəzifəli şəxslərin davranış kodeksinin müəyyən olunmasını nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi