Dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb

Dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb Maliyyə Nazirliyi yalnız 16,415 mln. dollarlıq qısamüddətli istiqrazlar yerləşdirib
Maliyyə
13 Fevral , 2016 10:24
Dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac baş tutmayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət ortamüddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. "Report"un Birjaya istinadən verdiyi xəbərə görə, hərrac zamanı şifarişlər 1 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 2 mln. ABŞ dolları təşkil edib.

Sifarişlər 98,6890% qiyməti ilə təqdim edilib. Hərrac emitent tərəfindən baş tutmamış hesab edilib.

Həmçinin BFB-də Maliyyə Nazirliyinin qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Sifarişlər 2 birja üzvü tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 16,415 mln. dollar təşkil edib.

Sifarişlər 95,2505 % (gəlirlik - 5,00%) və 97,1000 % (gəlirlik - 2,99 %) qiymət intervalında təqdim edilib. İstiqrazların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti 96,6184 (gəlirlik - 3,51%) orta ölçülmüş qiymət 97,0199 (gəlirlik - 3,08%) səviyyəsində Maliyyə Nazirliyi tərəfindən müəyyən edilib. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 10 mln. dollar məbləğində müəyyən edilib. İstiqrazların tədavül müddəti 364 gün, ödəmə tarixi 10 fevral 2017-ci ildir.

Son xəbərlər

Orphus sistemi