Dövlət Neft Fondu Cənubi Koreyada yaratdığı şirkəti bağlayıb

Dövlət Neft Fondu Cənubi Koreyada yaratdığı şirkəti bağlayıb Dövlət Neft Fondu (ARDNF) 2011-ci ilin oktyabr ayında Cənubi Koreyada yaratdığı MAPS21 şirkətini ləğv edib.
Maliyyə
102
1 Sentyabr , 2021 15:51
Dövlət Neft Fondu Cənubi Koreyada yaratdığı şirkəti bağlayıb

Dövlət Neft Fondu (ARDNF) 2011-ci ilin oktyabr ayında Cənubi Koreyada yaratdığı MAPS21 şirkətini ləğv edib.

"Report" bu barədə Fondun audit hesabatına istinadən xəbər verir.

Buna səbəb Fondun həmin ölkədə aldığı daşınmaz əmlakı ötən il satmasıdır.

Hazırda ARNDF ölkə xaricində 13 törəmə şirkətə malikdir. Bunlardan 5-i Böyük Britaniyada (Cersi), 5-i Lüksemburqda, 1-i Yaponiyada, 1-i Fransada, 1-i isə Rusiyada yerləşir. Şirkətlərdən 12-də Fondun payı 100%, 1-də (Yaponiyada) isə 98%-dir. 13 şirkətdən 9-u əmlakın, 4-ü isə investisiyanın idarə edilməsi məqsədi ilə yaradılıb.

Son xəbərlər

Orphus sistemi