Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

Dövlət İmtahan Mərkəzi sığortaçı seçir Qurum bu məqsədlə açıq tender elan edib
Maliyyə
25 İyul , 2017 09:58
Dövlət İmtahan Mərkəzi sığortaçı seçir

Bakı. 25 iyul. REPORT.AZ/ Dövlət İmtahan Mərkəzi (DİM) əməkdaşlarının könüllü tibbi sığortasının satın alınması üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 500 manatdır.

İddiaçılar ilkin sənədləri avqustun 21-nə qədər, tender təklifi və onun dəyərinin 2%-i qədər bank təminatını isə sentyabrın 6-na qədər DİM-in Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Əlaqələndirici şəxs Akif Bayramovdur. Telefon: (012) 502 47 53/56/58, daxili 139. Faks: (012) 465 87 96, 502 47 22. E-poçt: [email protected]

Təkliflərə sentyabrın 7-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. İddiaçıların səlahiyyətli nümayəndələri tender prosedurunda iştirak edə bilərlər.

Son xəbərlər

Orphus sistemi