Dövlət Gömrük Komitəsinin əməkdaşına Ümümdünya Gömrük Təşkilatında mühüm səlahiyyət verilib

Dövlət Gömrük Komitəsinin əməkdaşına Ümümdünya Gömrük Təşkilatında mühüm səlahiyyət verilib Bakı. 24 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Ümümdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın Baş katibi tərəfindən Avropa Regional İnkişaf Meneceri, eyni zamanda Eurocustoms və Alman Gömrük Əməkdaşlıq fondları üzrə icraçı menecer təyin olunub.
Maliyyə
24 İyul , 2018 11:06
Dövlət Gömrük Komitəsinin əməkdaşına Ümümdünya Gömrük Təşkilatında mühüm səlahiyyət verilib
Report
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Ümümdünya Gömrük Təşkilatındakı (ÜGT) nümayəndəsi Daşqın Əliyev növbəti maliyyə ili müddətində təşkilatın Baş katibi tərəfindən Avropa Regional İnkişaf Meneceri, eyni zamanda Eurocustoms və Alman Gömrük Əməkdaşlıq fondları üzrə icraçı menecer təyin olunub.

"Report" bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir. 

Qeyd edək ki, idarəçiliyin asanlaşdırılması və əməkdaşlığın daha səmərəli təşkili baxımından ÜGT öz işini 182 üzv ölkələrin bölündüyü 6 region üzrə təşkil edir ki, bunlardan ən böyüyü Avropa Regionu olmaqla 52 dövləti özündə birləşdirir. Qeyd olunan regionlarda həmçinin ÜGT-nin müxtəlif regional struktur təsissatları da fəaliyyət göstərir.

ÜGT-nin Baş Katibliyində qeyd olunan hər bir region üzrə bir Regional İnkişaf Meneceri təyin olunur. Regional İnkişaf Menecerinin əsas vəzifəsi region ölkələri ilə sıx əməkdaşlıq edərək gömrük işi sahəsində potensialın gücləndirilməsinə dəstək təşəbbüşlərinin koordinasiya və idarə edilməsi, o cümlədən ÜGT-nin müvafiq regional təsisatlarının səmərəli fəaliyyəti üçün əlaqələndirmə fəaliyyətinin həyata keçirilməsidir.

ÜGT-nin bütün üzvlərinə şamil olunan Eurocustoms və ÜGT-nin Avropa Regionu ölkələrini əhatə edən Alman Gömrük Əməkdaşlıq maliyyə fondları üzrə icraçı menecerin səlahiyyətlərinə bu fondlardan bəhrələnmək hüququ olan üzv ölkələrdə potensialın gücləndirilməsi üzrə tədbirlərin maliyyələşməsi işini koordinasiya edərək müvafiq vəsaitin ayrılması və onun icrasına nəzarət daxildir.

Xatırladaq ki, hazırda Azərbaycan ÜGT-nin 3 regional qurumuna ev sahibliyi edən yeganə üzv dövlətdir. Belə ki, təşkilatın Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisi, Regional Tədris Mərkəzi və Regional Kinoloji Təlim Mərkəzi ölkəmizdə fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi