Dövlət Gömrük Komitəsi əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələr 10 faiz artırılıb

Dövlət Gömrük Komitəsi əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələr 10 faiz artırılıb Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb
Maliyyə
24 Yanvar , 2017 18:37
Dövlət Gömrük Komitəsi əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələr 10 faiz artırılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavələr artırılıb. 

"Report"un məlumatına görə, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli 388 nömrəli fərmanında dəyişiklik edilməsi barədə fərman imzalaması ilə mümkün olub. 

Sənədə əsasən, Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 60 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq. 

Fərman 2017-ci il fevralın 1-dən qüvvəyə minir.

Son xəbərlər

Orphus sistemi