Dövlət Gömrük Komitəsi bu ilin I yarısında büdcəyə ödənişləri 28% artırıb

Dövlət Gömrük Komitəsi bu ilin I yarısında büdcəyə ödənişləri 28% artırıb Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2 065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur.
Maliyyə
8 İyul , 2019 12:04
Dövlət Gömrük Komitəsi bu ilin I yarısında büdcəyə ödənişləri 28% artırıb

Bu ilin yanvar-iyun aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 2  065,161 mln. manat vergi və rüsum daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 446,164 mln. manat və yaxud 27,6% çoxdur.

DGK-dən "Report"a verilən məlumata görə, 6 ay ərzində büdcəyə daxil olan gömrük rüsumları illik müqayisədə 71,79 mln. manat və yaxud 17,4% artaraq 483,958 mln. manat olub.

Həmçinin ƏDV üzrə daxilolmalar 309,939 mln. manat və yaxud 27,8% artaraq 1 424,239 mln. manat, aksizlər üzrə daxilolmalar 61,541 mln. manat və yaxud 81,8% artaraq 136,799 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 2,983 mln. manat və yaxud  16,75% artaraq 20,165 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi