Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın dövlət büdcəsinə 2017-ci ilin yanvar-fevral aylarında 2 370,5 mln. manat vəsait daxil olub, büdcədən 2 191,7 mln. manat xərclənib.
"Report" bu barədə Maliyyə Nazirliyinin operativ məlumatlarına əsasən xəbər verir.
Büdcənin icrasında yaranmış 178,8 mln. manatlıq profisit ümumi daxili məhsulun 1,8%-i səviyyəsində olub.