Dövlət bankı yeni kredit kampaniyasına başlayır

Dövlət bankı yeni kredit kampaniyasına başlayır Bakı. 3 noyabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC Bakı Metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və metropoliten işçilərinin peşə bayramı münasibətilə yeni kampaniya keçirəcək.
Maliyyə
3 Noyabr , 2017 10:56
Dövlət bankı yeni kredit kampaniyasına başlayır

Bakı. 3 noyabr. REPORT.AZ/ “Azər-Türk Bank” ASC Bakı Metropoliteninin istismara verilməsinin 50-ci ildönümü və metropoliten işçilərinin peşə bayramı münasibətilə yeni kampaniya keçirəcək.

“Report” bu barədə Banka istinadən xəbər verir.

Beləliklə, “Azər-Türk Bank” tərəfindən 6-20 noyabr tarixləri ərzində “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarına nağd kreditlər tamamilə komissiyasız və sığorta xərci olmadan təklif ediləcək. Bildirək ki, “Korporativ” kredit məhsulu çərçivəsində verilən vəsaitin maksimal məbləği 10 000 manatdır.

Son xəbərlər

Orphus sistemi