"Dost İş Mərkəzi" ofis icarəsinə ayda 31 min manat ödəyəcək

"Dost İş Mərkəzi" ofis icarəsinə ayda 31 min manat ödəyəcək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC 8 aylıq ofis icarəsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Maliyyə
718
14 Oktyabr , 2020 16:40
Dost İş Mərkəzi ofis icarəsinə ayda 31 min manat ödəyəcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinə məxsus "Dost İş Mərkəzi" MMC 8 aylıq ofis icarəsi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi Əşrəf Səxavət oğlu Səfərovdur.

Qalibə ümumilikdə 249,6 min manat ödəniləcək ki, bu da aylıq 31 200 manat ödəniş deməkdir.

Xatırladaq ki, "Dost İş Mərkəzi" 2018-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır. Şirkət vətəndaşların ödənişli ictimai işlərə cəlb olunması üzrə müqavilələrin rəsmiləşdirilməsini təmin edir.

Son xəbərlər

Orphus sistemi