Donald Trampın prezident seçilməsi bəzi ölkə valyutalarının devalvasiyasına səbəb olacaq

Donald Trampın prezident seçilməsi bəzi ölkə valyutalarının devalvasiyasına səbəb olacaq Trampın seçilməsi halında qərarların necə tətbiq olunacağı diqqətlə izlənəcək
Maliyyə
3 Noyabr , 2016 20:10
Donald Trampın prezident seçilməsi bəzi ölkə valyutalarının devalvasiyasına səbəb olacaq

Bakı. 3 noyabr. REPORT.AZ/ ABŞ-da prezident seçkilərini Respublikaçılar Partiyasından olan namizəd Donald Trampın qazanması halında Meksika pesosu, Türkiyə lirəsi, Polşa zlotisi, Cənubi Koreya vonu və Tayvan dolları təzyiqlərlə üzləşəcək. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə proqnoz Fransanın "Societe General" bankının inkişaf etməkdə olan bazarlar üzrə mütəxəssisi Roksana Hulea (Roxana Hulea) tərəfindən verilib. 

"İnvestorlar Trampın radikal siyasət təkliflərini necə tətbiq edəcəyini gözləyəcək.Vergi endirimləri və investisiya xərclərinin artırılması ABŞ-ın maliyyə balansı üçün təhlükə yaradacaq. Proteksionist və izolyasiyaya meylli siyasət isə beynəlxalq ticarəti, eləcə də birbaşa xarici investisiyalara mane olacaq" - o bildirilib.

"Soc.Gen" analitikləri Hillari Klintonun seçilməsi halında inkişaf etməkdə olan bir çox ölkənin riskli aktivlərinə marağın artacağını ehtimal ediblər.

Xatırladaq ki, yuxarıda adı çəkilən təzyiqlə üzləşməsi mümkün valyutalardan Türkiyə lirəsi və Cənubi Koreya vonu ARDNF-in investisiya portfelində yer alıb və portfelin 2,5%-ni təşkil edir.

Son xəbərlər

Orphus sistemi