Donald Tramp prezidentlik dövründə xeyli pul itirib

Donald Tramp prezidentlik dövründə xeyli pul itirib Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp dövlət başçısı postunda çox qazanmağın mümkün olmadığını bildirib.
Maliyyə
1 Fevral , 2019 10:00
Donald Tramp prezidentlik dövründə xeyli pul itirib

Bakı. 1 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp dövlət başçısı postunda çox qazanmağın mümkün olmadığını bildirib.

"Report" xəbər verir ki, o, bu barədə "The New York Times" qəzetinə müsahibəsində vurğulayıb.

Prezident bu vəzifəni icra etdiyi dövrdə yalnız pul itirdiyini söyləyib: "Bu işi görərkən xeyli pul itirmişəm. Bu, pul ilə bağlı iş deyil".

O həmçinin prezidentliyi dövründə olan maliyyə itkilərini "inanılmaz rəqəmlər" kimi ifadə edib, ancaq nə qədər itirdiyini və itkilərin hansı səbəbdən olduğunu dəqiqləşdirməyib.

Son xəbərlər

Orphus sistemi