Donald Tramp: "ABŞ-da faiz dərəcəsi başqa ölkələrdən az olmalıdır"

Donald Tramp: "ABŞ-da faiz dərəcəsi başqa ölkələrdən az olmalıdır" ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) faiz dərəcəsini xarici ölkələrdən aşağı səviyyəyə endirməlidir.
Maliyyə
19 Noyabr , 2019 12:48
Donald Tramp: ABŞ-da faiz dərəcəsi başqa ölkələrdən az olmalıdır

"ABŞ Federal Ehtiyatlar Sistemi (FRS) faiz dərəcəsini xarici ölkələrdən aşağı səviyyəyə endirməlidir".

“Report” xəbər verir ki, belə bir fikri Prezident Donald Tramp ötən gün “Twitter” səhifəsində yazıb:

“Bu səhər Cerom Pauellə görüşərkən bizdəki təməl faiz dərəcəsinin bizə rəqib olan başqa ölkələrdəki ilə müqayisədə çox yüksək olmasına etirazımı bildirdim. Əslində, bizdəki faiz dərəcəsi qalanlardakından aşağı olmalıdır. Çox güclü dollar istehsalçılara və artıma ziyandır!”

Qeyd edək ki, bu ilin sentyabrında dövlət başçısı bu il ikinci dəfə təməl faiz dərəcəsini azaltmaq barədə FRS-nin qərarını dəstəkləyərək, eyni zamanda qurumun daha fəal olmasının vacibliyini bildirmişdi. Son vaxtlar D.Tramp FRS-ni daim tənqid edir, dəfələrlə təməl faiz dərəcəsini azaltmağa, yumşaq məzənnə tətbiq etməyə çağırıb. Bir qədər əvvəl “Bloomberg” xəbər vermişdi ki, Prezident Tramp FRS rəhbəri Pauelli istefaya göndərməyi nəzərdə tutur.

Xatırladaq ki, bu il oktyabrın 30-da FRS təməl faiz dərəcəsini 0,25 bənd azaldaraq illik 1,5-1,75 faizə endirib. 2007-2008-ci illərdə də faiz dərəcəsi mütəmadi olaraq azaldılaraq 0-0,25 faizədək endirilmişdi. Ötən il isə FRS mart, iyun, sentyabr, dekabr aylarında faiz dərəcəsini artıraraq illik 2,25-2,5 faizə çatdırmışdı.

Son xəbərlər

Orphus sistemi