Dollar yenidən bahalaşır

Dollar yenidən bahalaşır Dünya bazarında qızıl və avro ucuzlaşır
Maliyyə
26 Avqust , 2015 09:21
Dollar yenidən bahalaşır

Bakı. 26 avqust. REPORT.AZ/ Avqustun 25-də Amerika fond bazarlarında Dow Jones indeksi 1,29% azalaraq 15 666,44 bənd, S&P 500 1,35% ucuzlaşaraq 1 867,61 bənd, Nasdaq isə 0,44% geriləyərək 4 506,49 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 3,09% irəliləyərək 6 081,34 bənd, Fransa CAC-40-ı 4,14% artaraq 4 564,86 bənd, Almaniya DAX-ı isə 4,97% bahalaşaraq 10 128,12 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 1,50% azalaraq 1 136,20 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1517 (-0,22%) təşkil edib.

İngilis versiyası Dollar rising again

Son xəbərlər

Orphus sistemi