“Goldman Sachs" dolların ucuzlaşacağını ehtimal edir

“Goldman Sachs" dolların ucuzlaşacağını ehtimal edir Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” ABŞ dollarının ucuzlaşa biləcəyini ehtimal edir.
Maliyyə
7 Yanvar , 2019 15:06
“Goldman Sachs dolların ucuzlaşacağını ehtimal edir

Bakı. 7 yanvar. REPORT.AZ/ ABŞ-ın aparıcı investisiya bankı - “Goldman Sachs” ABŞ dollarının ucuzlaşa biləcəyini ehtimal edir.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

“Goldman" təhlilçiləri hesab edir ki, Federal Ehtiyatlar Sisteminin (FED) rəhbəri Cerom Pauellin açıqlamaları Mərkəzi Bankın faiz artımlarına ara verəcəyi ehtimalını gücləndirir. Onların fikrincə, faiz artımlarına fasilə veriləcəyi təqdirdə, dolların dəyərdən düşmə ehtimalı güclənir.

Qeyd edək ki, dollar indeksinin (DXY) noyabr ayında maksimal səviyyəsi 97,5 bənd olub.

Xatırladaq ki, dollar indeksi - ABŞ dollarının dünyanın 6 əsas valyutasından ibarət valyuta səbətinə nisbətini göstərir. Bu, avro (səbətdə payı 57,6%), yen (13,6%), funt sterlinq (11,9%), Kanada dolları (9,1%), İsveç kronu (4,2%) və İsveçrə frankı (3,6%) təşkil edir. İndeks 1973-cü ilin mart ayından hesablanır və baza dəyəri 100% qəbul olunub.

Son xəbərlər

Orphus sistemi