​Dollar tədricən bahalaşacaq

​Dollar tədricən bahalaşacaq "Deutsche Bank" bu ilin sonuna qədər isə dollar almaqdan çəkinməyi tövsiyə edir
Maliyyə
23 Sentyabr , 2015 12:56
​Dollar tədricən bahalaşacaq

Bakı. 23 sentyabr. REPORT.AZ/ "Deutsche Bank" dollar/avro məzənnəsi üzrə uzunmüddətli proqnozunu 1,05 USD/EUR səviyyəsində açıqlayıb.

"Report" xəbər verir ki, ötən gün müştərilərinə müraciət edən Bank, onlara bu ilin sonuna qədər dollar almaqdan çəkinməyi tövsiyə edib. USD/EUR məzənnəsinin texniki təhlilini aparan bank mütəxəssisləri bir müddət əvvəl avroya qarşı dollar alışını üstün tutsalar da, artıq bu strategiyasında ehtiyatlı olmağa başlayıb.

Buna baxmayaraq, uzunmüddətli perspektivdə "Deutsche Bank" məzənnənin dolların xeyirinə dəyişəcəyini düşünür. Bankın proqnozlarına görə, Avropa Mərkəzi Bankının əlavə monetar genişləməyə başlayacağı ilə bağlı risk avroya ciddi təsir edəcək. Aşağıdakı qrafikdən də göründüyü kimi məzənnənin 1,10 USD/EUR səviyyəsinə qədər geriləməsi ehtimalı böyükdür. Daha sonra isə avronun bahalaşması gözlənilir. Lakin məzənnə 1,10 USD/EUR səviyyəsindən aşağı enərsə, artıq paritetə doğru hərəkət edəcək.

Son xəbərlər

Orphus sistemi