Dollar/avro məzənnəsi 14 illik maksimuma çatıb

Dollar/avro məzənnəsi 14 illik maksimuma çatıb "Report": Dolların möhkəmlənməsi prosesi davam edəcək
Maliyyə
15 Dekabr , 2016 15:41
Dollar/avro məzənnəsi 14 illik maksimuma çatıb

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu dəqiqələrdə dünya birjalarında avronun ABŞ dollarına qarşı məzənnəsi 1,0413 USD/EUR səviyyəsinə enərək son 14 ilin minimumunu yeniləyib.

"Report" xəbər verir ki, dünən, dekabrın 14-də ABŞ Federal Ehtiyat Sisteminin (FES) uçot dərəcəsini 0,25 faiz bəndi artırması və 2017-ci il üçün 3 dəfə daha faizləri artıracağı barədə fikirlər səsləndirməsi dolların məzənnəsini dünyanın demək olar ki, əksər valyutalarına qarşı möhkəmləndirib. Belə ki, dünən 1,0670 olan USD/EUR məzənnəsi hazırda 2,4% azalaraq 1,0413 USD/EUR-a düşüb. 

"Report"un analitik qrupu dolların məzənnəsində müşahidə olunan artımın qısa müddət ərzində paritetə qədər davam edəcəyini proqnozlaşdırır: "Uzunmüddətli perspektivdə isə dolların avrodan baha olacağı və məzənnənin 0,85 USD/EUR səviyəsinə enəcəyi ehtimal edilir". 

Xatırladaq ki, FES-in uzunmüddətli perspektivdə faizləri 4%-ə çatdıracağı proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi