Dmitri Vasilyev: "Bu il Azərbaycanda kreditləşmənin 5% civarında azalacağı proqnozlaşdırılır" - YENİLƏNİB

Dmitri Vasilyev: "Bu il Azərbaycanda kreditləşmənin 5% civarında azalacağı proqnozlaşdırılır" - YENİLƏNİB "Fitch": ABB-nin hazırkı vəziyyətdən çıxması üçün müəyyən güzəştlər edilməlidir
Maliyyə
16 Mart , 2017 12:57
Dmitri Vasilyev: Bu il Azərbaycanda kreditləşmənin 5% civarında azalacağı proqnozlaşdırılır - YENİLƏNİB

İlk xəbər 12:49-da verilib

Bakı. 16 mart. REPORT.AZ/ "Ötən il Azərbaycanda kreditləşmənin həcmi 2,2% azalıb və 2017-ci ildə bu rəqəmin daha 5% civarında azalacağı proqnozlaşdırırıq". "Report" xəbər verir ki, bunu "Fitch" beynəlxalq reytinq agentliyinin maliyyə institutları üzrə direktoru Dmitri Vasilyev deyib.

D.Vasilyevin sözlərinə görə, ötən il Azərbaycan Beynəlxalq Bankına (ABB) 7 609 mln. manatlıq aktiv transferi həyata keçirilib: "Ümumilikdə isə bu rəqəm 9 923 mln. manat olub. ABB-nin xarici borclarını ödəməsi onun manatı dollara çevirməsi ilə mümkün olacaq. Bankın bu vəziyyətdən çıxması üçün isə müəyyən güzəştlər edilməlidir".

***

Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmisi Rüstəm Tahirov isə deyib ki, ABB-nin borclarının qaytarılması ilə bağlı Palata heç bir güzəştə getmək fikrində deyil: "Hazırda əsas diqqət maliyyə şəraiti və idarəetmənin yaxşılaşdırılmasına yetirilir".

Son xəbərlər

Orphus sistemi