DGK ötən ay büdcəyə 226 mln. manat köçürüb

DGK ötən ay büdcəyə 226 mln. manat köçürüb Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında  Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 226,088 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,126 mln. manat və yaxud 30% çoxdur.
Maliyyə
9 Fevral , 2018 11:12
DGK ötən ay büdcəyə 226 mln. manat köçürüb
Report

Bakı. 9 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında  Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə 226,088 mln. manat vəsait daxil olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 52,126 mln. manat və yaxud 30% çoxdur.

"Report" Dövlət Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 11,425 mln. manat və yaxud 23,8% artaraq 59,471 mln. manat, əlavə dəyər vergisi üzrə daxilolmalar 39,285 mln. manat və yaxud 33,4% artaraq 157,019 mln. manat, aksizlər üzrə daxilolmalar 1,105 mln. manat və yaxud 19,5% artaraq 6,781 mln. manat, yol vergisi üzrə daxilolmalar isə 311 min manat və yaxud 12,4% artaraq 2,818 mln. manat təşkil edib.

Son xəbərlər

Orphus sistemi