DGK-nın xətti ilə büdcə daxilolmaları 37% artıb

DGK-nın xətti ilə büdcə daxilolmaları 37% artıb Bakı. 15 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 978 496,6 min manat təşkil edib.
Maliyyə
15 noyabr 2018 11:34
DGK-nın xətti ilə büdcə daxilolmaları 37% artıb

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu ilin yanvar-oktyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 978 496,6 min manat təşkil edib.

“Report” DGK-ya istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 809 846,89 min manat, yaxud 37,34% çoxdur.

Bu ilin 10 ayında gömrük rüsumları üzrə daxilolmalar 183 161,96 min manat, yaxud 32,04 artaraq 754 738,4 min manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 545 657,26 min manat, yaxud 36,43% artaraq 2 043 404,50 min manat, aksizlər üzrə daxilolmalar 77 935,0 min manat, yaxud 2,11 dəfə artaraq 148 294,00 min manat olub. Yol vergisi üzrə daxilolmalar isə 3 092,67 min manat, yaxud 10,68% azalaraq 32 059,9 min manat olub.

Son xəbərlər

Orphus sistemi