Bakı. 6 aprel. REPORT.AZ/ Bu ilin yanvar-mart aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 726,99 mln. manat təşkil edib.
“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,3% çoxdur.
Son ildə gömrük rüsumları üzrə daxilolmalar 25,6% artaraq 192,878 manata, əlavə dəyər vergisi üzrə daxilolmalar 26,6% artaraq 498,466 mln. manata, aksizlər üzrə daxilolmalar 70,7% artaraq 27,41 mln. manata, yol vergisi üzrə daxilolmalar isə 8,3% artaraq 8,237 mln. manata çatıb.