"Deutsche Bank" üçüncü rübü 832 milyon avro zərərlə başa vurub

"Deutsche Bank" üçüncü rübü 832 milyon avro zərərlə başa vurub Bu ilin üçüncü rübündə Deutsche Bank iri restrukturizasiya xərclərinə görə 832 milyon avro zərərə düşüb.
Maliyyə
30 oktyabr 2019 08:35
Deutsche Bank üçüncü rübü 832 milyon avro zərərlə başa vurub

Bu ilin üçüncü rübündə "Deutsche Bank" iri restrukturizasiya xərclərinə görə 832 milyon avro zərərə düşüb.

"Report" xəbər verir ki, bu barədə bankın saytında məlumat yerləşdirilib.

Bu, restrukturizasiya səbəbilə ardıcıl ikinci rüblük zərərdir. İkinci rübdə zərər 3,15 milyard avro olmuşdu.

Bank daha əvvəl 18 min yeni iş yerinin açılması ilə nəticələnəcək və ümumilikdə, 7,4 milyard avroya başa gələcək restrukturizasiya nəticəsində itkilərlə üzləşəcəyini elan etmişdi.

Son xəbərlər

Orphus sistemi