“Deutsche Bank” Rusiyanın iri banklarının hesablarını bağlayıb

“Deutsche Bank” Rusiyanın iri banklarının hesablarını bağlayıb Almaniyanın ən iri maliyyə institutu olan “Deutsche Bank” ötən ay Rusiyanın iri banklarının müxbir hesablarını bağlayıb.
Maliyyə
18 May , 2022 11:17
“Deutsche Bank” Rusiyanın iri banklarının hesablarını bağlayıb

Almaniyanın ən iri maliyyə institutu olan “Deutsche Bank” ötən ay Rusiyanın iri banklarının müxbir hesablarını bağlayıb.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, martda isə alman bankı sanksiyalar altına düşməyən bir sıra Rusiya banklarının hesablarını bağlayıb. Bununla yanaşı “Deutsche Bank”ın bir sıra kiçik kredit təşkilatlarında müxbir hesabları qalıb. Əməliyyatların sayı artdığı təqdirdə bank hesabı bağlayır.

Xatırladaq ki, “Deutsche Bank” bu ilin martında Ukraynadakı müharibə fonunda Rusiyadakı fəaliyyətini dayandırdığını bəyan edib.

Son xəbərlər

Orphus sistemi