“Deutsche Bank”ın səhmləri bahalaşıb

“Deutsche Bank”ın səhmləri bahalaşıb Almaniyanın ən iri bankı olan “Deutsche Bank” ilin birinci rübünə dair dərc etdiyi hesabatdakı rəqəmlər proqnozları üstələdiyinə görə bankın səhmləri dərhal artmağa başlayaraq 12 faizədək bahalaşıb.
Maliyyə
27 Aprel , 2020 16:51
“Deutsche Bank”ın səhmləri bahalaşıb

Almaniyanın ən iri bankı olan “Deutsche Bank” ilin birinci rübünə dair dərc etdiyi hesabatdakı rəqəmlər proqnozları üstələdiyinə görə bankın səhmləri dərhal artmağa başlayaraq 12 faizədək bahalaşıb.

“Report” “Komersant”a istinadən xəbər verir ki, rübün yekunlarına görə, bankın mədaxili 206 milyon avro, xalis mənfəəti 66 milyon avro, gəliri isə 6,4 milyard avro təşkil edib.

Halbuki ötən ilin müvafiq dövründə “Deutsche Bank” 201 milyon avroluq xalis mənfəət və 6,35 milyard avroluq gəlir əldə edib. Ekspertlər bu ilin birinci rübünü bankın xalis zərərlə və 5,7 milyard avroyadək gəlirlə başa vuracağını gözləyirdilər.

Həmçinin bankın hesabat dövrü ərzində müxtəlif borclarla bağlı ödəmələr üçün 500 milyon avro, yəni ötən ilin müvafiq dövrünə nisbətən üç dəfə artıq vəsait ayırdığı bildirilir.

Son xəbərlər

Orphus sistemi