​"Deutsche Bank"ın iflas həddinə yaxınlaşması avronun zəifləməsi ilə nəticələnə bilər

​"Deutsche Bank"ın iflas həddinə yaxınlaşması avronun zəifləməsi ilə nəticələnə bilər Ekspertlərin fikrincə, bankda böhranın yaranması prosesi 10 ildir başlayıb və buna səbəb yanlış qərarlar olub
Maliyyə
12 İyul , 2016 20:57
​Deutsche Bankın iflas həddinə yaxınlaşması avronun zəifləməsi ilə nəticələnə bilər

Bakı. 12iyul. REPORT.AZ/ Almaniyanın və Avropanın öndə gedən "Deutsche Bank"ın iflas həddinə yaxınlaşması avro pul vahidinin zəifləməsi ilə nəticələnə bilər. 

"Report" xəbər verir ki, ekspertlərin fikrincə, bankda böhranın yaranması prosesi 10 ildir başlayıb. Buna səbəb müxtəlif skandallar, yanlış qərarlar və səhv investisiyalar olub. Nəticədə bankın səhmləri son bir il ərzində 48% ucuzlaşaraq 12,60 dollar kimi rekord minimuma geriləyib. 147 illik tarixə sahib olan "Deutsche Bank"ın bazar kapitalizasiyası cəmi 15,8 mlrd. dollar, səhmlərinin qiyməti isə 2007-ci ilin maksimal səviyyəsinin 8%-nə bərabərdir.

Mütəxəssislər "Lehman Brothers" və Bear Sterns" banklarının qısa müddətdə iflas etdiklərini, "Deutsche Bank"da isə prosesin daha ağrılı və təhlükəli olacağını bildiriblər. Onlar "Deutsche Bank"ın investisiyalar departamentinin dünyanın "Goldman Sachs", "JP Morgan" , "Bank of America" və "Citigroup" kimi banklarla yanaşı yüksək səviyyədə olduğunu , amma 2008-ci il maliyyə böhranından sonra bankın maliyyə vəziyyətinin bərpa edilə bilmədiyini açıqlayıblar.

Bankın icraçı direktoru Yozef Akkermanın 2009-cu uldə bankın kifayət qədər vəsaitə sahib olduğunu söyləməsinə baxmayaraq, daha sonra bankın prestijini itirməməsi məqsədilə dövlət dəstəyindən istifadə etməməsi üçün 12 mlrd. dollar zərərini gizlətdiyi məlum olub. Nəticədə bank əlavə kapitala ehtiyacı olduğunu elan edib və 2013-cü ildə 3 mlrd. dollar, 2014-cü ildə isə 1,5 mlrd. dollar, daha sonra isə 8 mlrd. dollar daha vəsait cəlb edib.

Ümumiyyətlə, "Deutsche Bank" 2015-ci ili 6,8 mlrd. avro rekord zərərlə bitirdiyini açıqlayıb. Bankın cəlb etdiyi vəsaitin həcmi aktivlərin 40 qatına yüksəlib. "Brexit" nəticəsində isə bank gəlirinin 19%-ni əldə etdiyi Britaniya bazarını itirmək təhlükəsi ilə üzləşib. İyunun 29-da Beynəlxalq Valyuta Fondu(BVF) bankın sistem riski daşıdığını bildirib. Qeyd edək ki, "Deutsche Bank" 52 trln. avroluq törəmə(derivative) maliyyə alətlərinə sahibdir.

"Report" analitik qrupu hesab edir ki, bankın iflas həddinə yaxınlaşması ilə avro dəyərini itirməyə başlayacaq. USD/EUR məzənnəsi paritetə qədər azalacağı proqnozlaşdırılır. Bundan başqa, Avropa ölkələrinin birlikdən ayrılmaq istəmələri ilə üçün referendum keçirə biləcəkləri xəbərləri də avroya mənfi təsir göstərəcək.

Son xəbərlər

Orphus sistemi