Deputatların maaşları dondurulub

Deputatların maaşları dondurulub Argentina Konqresinin hər iki palatası deputatların maaşlarını 180 gün müddətinə dondurmaq qərarına gəlib.
Maliyyə
28 Dekabr , 2019 12:32
Deputatların maaşları dondurulub

Argentina Konqresinin hər iki palatası deputatların maaşlarını 180 gün müddətinə dondurmaq qərarına gəlib.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Məlumata görə, parlament bir həftə əvvəl yekdilliklə iqtisadi fövqəladə vəziyyət elan edib və maaşlarının dondurulmasının lehinə səs verib.

Qətnamədə deyilir: "Xalqın nümayəndələri bütövlükdə cəmiyyətin iqtisadiyyatı düzəltmək üçün səylərinə dəstək verməlidir. Bu qərar həmrəylik etikasına və reallığa uyğun olan dövlət siyasətini təşviq etmək üçün qəbul edilib"

Xatırladaq ki, keçən həftə Argentina hökuməti ölkənin 31 dekabr 2020-ci ilədək iqtisadi tənəzzüldən xilas olması üçün müxtəlif qanunlar qəbul edib və icra hakimiyyətlərinin səlahiyyətlərini artırıb.

Son xəbərlər

Orphus sistemi