Deputat “Lombardlar haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını təklif edib

Deputat “Lombardlar haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını təklif edib ​​​​​​​Milli Məclisin deputatı Vahid Əhmədov “Lombadlar haqqında” qanun layihəsinin parlamentin yaz sessiyası müddətində müzakirəyə çıxarılmasını təklif edib
Maliyyə
1 fevral 2023 08:23
Deputat “Lombardlar haqqında” qanun layihəsinin müzakirəyə çıxarılmasını təklif edib

Milli Məclisin deputatı Vahid Əhmədov “Lombardlar haqqında” qanun layihəsinin parlamentin yaz sessiyası müddətində müzakirəyə çıxarılmasını təklif edib.

“Report”un məlumatına görə, o, xatırladıb ki, bu qanun layihəsinin qəbulu olduqca vacibdir.

V. Əhmədovun sözlərinə görə, 2019-cu ildən adıçəkilən qanun layihəsinin müzakirəsi aparılır: “Hətta bununla bağlı xüsusi komissiya da yaradılmışdı. Çünki bu gün ölkədə lombardlarla bağlı cəmiyyətdə çoxlu şikayətlər var və bu məsələ heç bir qanunvericiliklə tənzimlənmir, qeydiyyatı da aparılmır. Məndə olan məlumata görə, həmin layihə hazırda Prezident Administrasiyasındadır və tələb edək ki, bizə müzakirə üçün verilsin. Biz də həmin məsələni gündəliyə daxil edək”.

Son xəbərlər

Orphus sistemi