Deputat: “ARDNF-dən büdcəyə ötənilki transfert son 5 ilin ən aşağı göstəricisidir”

Deputat: “ARDNF-dən büdcəyə ötənilki transfert son 5 ilin ən aşağı göstəricisidir” 2022-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləği son 5 ilin ən aşağı göstəricisi olub.
Maliyyə
17 mart 2023 08:20
Deputat: “ARDNF-dən büdcəyə ötənilki transfert son 5 ilin ən aşağı göstəricisidir”

2022-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin məbləği son 5 ilin ən aşağı göstəricisi olub.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

"Ötən il ARDNF-dən büdcəyə transfertin nəzərdə tutulandan 3,6 milyard manat az olması dövlət başçısının Fondun vəsaitlərinə qənaət edilməsi yönündə qoyduğu hədəflərə nail olunmasını göstərir. Bu, büdcə gəlirlərinin artması və büdcə qaydasının tətbiqi nəticəsində mümkün olub”, - deyə o qeyd edib.

Son xəbərlər

Orphus sistemi