Deputat: "ADİF-in fəaliyyəti yoxlanılmalıdır"

Deputat: "ADİF-in fəaliyyəti yoxlanılmalıdır" Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanmsı Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır.
Maliyyə
7 noyabr 2017 08:52
Deputat: ADİF-in fəaliyyəti yoxlanılmalıdır

Bakı. 7 noyabr. REPORT.AZ/ Azərbaycan Hesablama Palatası dövlət büdcəsindən Əmanətlərin Sığortalanmsı Fonduna ayrılan vəsaitin necə xərclənməsini yoxlamalıdır.

"Report"un verdiyi xəbərə görə, bu təkliflə deputat Vahid Əhmədov 2018-ci ilin büdcə zərfinin parlamentin 5 komitəsinin bugünkü birgə iclasında müzakirəsi zamanı bildirib.

"Bank sistemində sağlamlaşmanı görmürük. Kredit yenə də 30%-ə yaxın dərəcə ilə verilir, likvidlik və s. problemlər həllini tapmayıb. "Bank Standard"ın bağlanması ilə 43 min insan problemlə üzləşib, insanlar vəsaitlərini geri ala bilmirlər. İnsanların vəsaitlərini alması üçün Əmanətlərin Sığortalanması Fonduna büdcədən 500 mln. manat ayrıldı. Hesablama Palatasından xahiş edirəm ki, bu pulun necə xərclənməsini yoxlasınlar. Niyə insanların əmanətləri qaytarılmır? Gündə yüzlərlə şikayətlər alırıq", - millət vəkili əlavə edib.

Son xəbərlər

Orphus sistemi