Depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib

Depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə 14,54% olub
Maliyyə
12 Dekabr , 2016 13:53
Depozit hərracında tələb təklifi 2,6 dəfə üstələyib

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə 50 mln. manat həcmində keçirilmiş növbəti depozit hərracında tələb 130 mln. manat təşkil edib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə ortaölçülmüş faiz dərəcəsi isə illik 14,54% olub.

Son xəbərlər

Orphus sistemi