Departament direktoru: "Kredit bürosu ölkədə maliyyə intizamını gücləndirəcək"

Departament direktoru: "Kredit bürosu ölkədə maliyyə intizamını gücləndirəcək" Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanda 13 ildir ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti mövcud olsa da, artıq daha dolğun, daha səmərəli və daha operativ kredit tarixçələri sisteminə ehtiyac var. Bu baxımdan, ölkədə ilk özəl kredit bürosunun yaradılması olduqca vacibdir.
Maliyyə
126
9 Fevral , 2018 15:26
Departament direktoru: Kredit bürosu ölkədə maliyyə intizamını gücləndirəcək
Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, qurumun Strateji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov / Report/ Firi Salim

Bakı. 9 fevral. REPORT.AZ/ "Azərbaycanda 13 ildir ki, Mərkəzləşdirilmiş Kredit Reyestri (MKR) xidməti mövcud olsa da, artıq daha dolğun, daha səmərəli və daha operativ kredit tarixçələri sisteminə ehtiyac var. Bu baxımdan, ölkədə ilk özəl kredit bürosunun yaradılması olduqca vacibdir".

“Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının baş icraçı direktorunun müavini, qurumun Strateji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib.

Onun sözlərinə görə, "Azərbaycan Kredit Bürosu” MMC-nin fəaliyyətə başlaması borcalanlar haqqında daha dəqiq məlumatların əldə edilməsinə, ölkədə maliyyə intizamının güclənməsinə imkan verəcək.

Son xəbərlər

Orphus sistemi