Dənizkənarı Bulvar İdarəsi özünün və tabeliyindəki 4 təşkilatın 2022-ci il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
İddiaçılar təkliflərini aprelin 7-si, saat 16:00-a qədər idarənin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti, 2A ünvanına təqdim edə bilərlər.
Təkliflərə aprelin 10-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.