"Dəmirbank" yeni xidmət haqqının tətbiqinə başlayıb

"Dəmirbank" yeni xidmət haqqının tətbiqinə başlayıb Bu barədə Bankdan məlumat verilib
Maliyyə
30 Avqust , 2016 13:03
Dəmirbank yeni xidmət haqqının tətbiqinə başlayıb

Bakı. 30 avqust. REPORT.AZ/ "Dəmirbank" ASC-də xarici valyutada olan hesablara (annuitet kredit hesabları istisna olmaqla) manatla ödəniş zamanı komissiya tətbiq ediləcək. "Report"un verdiyi xəbərə görə, bu barədə "Dəmirbank"ın yaydığı məlumatda bildirilir.

Bildirək ki, bu zaman komissiya konvertasiya faizi (4%) və xidmət haqqı (1,5%) olmaqla tətbiq edilir. Bundan əvvəl isə xidmət haqqı olmayıb, konvertasiya haqqı isə 0,5% təşkil edib.

Son xəbərlər

Orphus sistemi