"Dəmirbank" yeni aksiyaya start verib

"Dəmirbank" yeni aksiyaya start verib Bu kampaniyadan istənilən şəxs minimum 100 manat ilkin mədaxil etməklə yararlana bilər
Maliyyə
15 Avqust , 2016 17:23
Dəmirbank yeni aksiyaya start verib

Bak. 15 avqust. REPORT.AZ/ “Dəmirbank” ASC manat əmanətləri üzrə faiz dərəcələrini artırıb. Bu barədə “Report”a Bankın mətbuat xidmətindən məlumat verilib.

Bankda əmanət yerləşdirilmiş müştərilər illik 17%-dək gəlir əldə edə bilərlər. Banka 1 ay müddətinə yerləşdirilmiş manat əmanətləri üzrə illik 11%, 1 illik əmanətlərə isə illik 15% təklif edilir ki, bu da müştərilərə qısa müddətdə də gəlirlərini artırmağa imkan yaradır.

Bu kampaniyadan istənilən şəxs minimum 100 manat ilkin mədaxil edib əmanət hesabı açdırmaqla yararlana bilər. Əmanət hesabını isə “Dəmirbank”ın istənilən filialında açdırmaq mümkündür.

Qeyd edək ki, “Dəmirbank” Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) üzvüdür. Bu isə “Əmanətlərin sığortalanması haqqında” qanunun şərtlərinə müvafiq olaraq əhalinin “Dəmirbank”da yerləşdirdiyi əmanətlərinin sığortalanmasını təmin edir. Hazırda məbləğindən asılı olmayaraq qorunan manat əmanətləri üzrə faiz dərəcəsinin yuxarı həddi 12% təşkil edir. Müştərinin istəyinə əsasən, əmanət sığortalanan faiz dərəcəsi ilə də yerləşdirilə bilər.

Qeyd edək ki, “Dəmirbank” ASC-nin nizamnamə kapitalının 50 mln. manat artırılması qərarı verilib. Əlavə səhm emissiyası nəticəsində “Dəmirbank”ın səhmdar kapitalı 3 dəfə artaraq aktivlərindəki payına görə ölkənin ən yüksək kapitallaşmaya malik olan maliyyə təşkilatlarından birinə çevriləcək.

Ölkənin ilk kommersiya banklarından biri olan “Dəmirbank” 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi