​"DəmirBank" nağdlaşdırma limitini ləğv edir

​"DəmirBank" nağdlaşdırma limitini ləğv edir Dekabrın 28-dən taksit kartındakı məbləği tam nağdlaşdırmaq mümkün olacaq
Maliyyə
22 Dekabr , 2014 16:42
​DəmirBank nağdlaşdırma limitini ləğv edir

Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın "Dəmirbank" ASC təqdim etdiyi "Dəmir Taksit" kartı üzrə nağdlaşdırma limitini dekabrın 28-dən ləğv edəcək. Bu limitin aradan qaldırılması müştəriyə kartdakı məbləğin 100%-ni nağlaşdırmaq imkanı verəcək.

"Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda bildirilir.

Bankdan qeyd olunub ki, hazırda 29 mindən çox istifadəçisi olan "Dəmir Taksit" kartı məhsul və ya xidmətlərin dəyərini hissələrlə ödəmək imkanı verən kredit kartıdır. Bu kredit kartını Azərbaycanda, eləcə də dünyanın 200-dək ölkəsində fəaliyyət göstərən ticarət və xidmət mərkəzlərində, bankomatlarda, həmçinin internetdə məhsul və xidmətin dəyərini ödəmək məqsədilə istifadə etmək mümkündür. "Dəmir Taksit" kartları pulsuz təqdim edilir və kreditin rəsmiləşdirilməsi üçün komissiya haqqı tutulmur.

Son xəbərlər

Orphus sistemi