"Dəmirbank" səhmdarları nizamnamənin yeni redaksiyasını müzakirə edəcəklər

"Dəmirbank" səhmdarları nizamnamənin yeni redaksiyasını müzakirə edəcəklər Bankın investisiya şirkətinin nizamnamə kapitalı artırılacaq
Maliyyə
12 May , 2016 09:05
Dəmirbank səhmdarları nizamnamənin yeni redaksiyasını müzakirə edəcəklər

Bakı. 12 may. REPORT.AZ/ Bu il iyunun 25-də saat 11:00-da "Dəmirbank" ASC səhmdarlarının növbəti ümumi yığıncağı (Bakı şəhəri, Təbriz küçəsi,19 ünvanında) keçiriləcək. "Report" bu barədə Bankın İdarə Heyətinin rəsmi qəzetdə dərc olunan elanına istinadən xəbər verir.

Yığıncağın gündəliyinə Bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiqi, investisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiq edilməsi, "Dəmir İnvestisiya Şirkəti" QSC-nin nizamnamə kapitalının artırılması, nizamnaməsinə dəyişikliklər edilməsi və dəyişikliklərin dövlət qeydiyyatına alınması, Bankın nizamnaməsinin yeni redaksiyasının təsdiq edilməsi və dövlət qeydiyyatına alınması, mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Son xəbərlər

Orphus sistemi