Bakı. 27 dekabr. REPORT.AZ/ Bu gündən etibarən bəzi təkmilləşdirmə işləri ilə əlaqədar "MilliÖn" terminallarından "Dəmirbank" ASC-də hesablara ödənişlər müvəqqəti olaraq dayandırılıb.
"Report" bu barədə banka istinadən xəbər verir.
Bankdan bildirilib ki, plastik kartlarla bağlı müəyyən təkmilləşdirmə işi aparılır və təkmilləşdirmə başa çatandan sonra fəaliyyət bərpa olunacaq.