​“Dəmirbank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb

​“Dəmirbank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərini manatla yanaşı, dollarla da yerləşdirmək olar
Maliyyə
141
18 Mart , 2015 16:16
​“Dəmirbank” manat əmanətləri üzrə faiz dərəcələrini artırıb

Bakı. 18 mart. REPORT.AZ/ “Dəmirbank” ASC “Əmanət çeşidi” proqramı üzrə əhaliyə təklif edilən “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərinin manat üzrə illik faiz dərəcələrini artırıb.

"Report"un banka istinadən verdiyi xəbərə görə, “Göy” əmanət növünün illik faiz dərəcəsi 17%-dək, “Qırmızı” 14%-dək, “Sarı” 11%-dək, “Uşaq” əmanət növünün illik faiz dərəcəsi isə 12%-dək artırılıb.

Qeyd edək ki, istənilən şəxs minimum 100 manat ilkin mədaxil edərək “DəmirBank” filiallarında “Göy”, “Qırmızı” və “Uşaq” əmanət hesabları açdıra bilər. “Sarı” əmanət hesabı açdırmaq üçün isə minimum 500 manat ilkin mədaxil edilməlidir. “Göy”, “Qırmızı”, “Sarı” və “Uşaq” əmanət növlərini manatla yanaşı, ABŞ dollarında da yerləşdirmək mümkündür.

Xatırladaq ki, “Dəmirbank” ASC 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Son xəbərlər

Orphus sistemi